General Elevator, dünya miqyasında tanınan Midea | Linvol lift markasının Azərbaycandakı rəsmi distribyutorudur. Bu çərçivədə, şirkətimiz məşhur Midea | Linvol brendinin innovativ texnologiyalarına uyğun xidmətlər təklif edir.
Azərbaycan ərazisində bir çox irimiqyaslı və vacib layihələrdə lift sistemlərini eləcədə eskalatorlarının uğurlu şəkildə quraşdırıb istifadəyə verdik. Layihələrə yanaşma tərzimiz müştəri ehtiyaclarını tam qarşılamaq, texniki təhlükəsizlik qaydalarına tam riayət etmək və maksimum məmnunluq yaratmaqdan ibarətdir.
General Elevator olaraq məqsədimiz ölkəmizin inşaat və nəqliyyat sektoru üçün dəyər yaratmaqla yanaşı, müştərilərimizə uzunmüddətli və etibarlı həllər təklif etməkdir. Biz keyfiyyət, yenilik və məsuliyyət prinsipləri üzərində qurulan fəaliyyətimizlə sektorda lider mövqeyimizi qorumaqda qərarlıyıq.
General Elevator hər bir müştərinin unikal ehtiyaclarını
nəzərə alır və layihələri buna uyğun olaraq fərdiləşdirir.
Standart həllər əvəzinə, sizin binanıza və tələblərinizə tam
uyğun xidmət təqdim edirik.
Müasir mühəndislik və texnologiyanın ən son yeniliklərini
tətbiq edərək, enerji səmərəli, dayanıqlı və estetik
baxımdan mükəmməl lift sistemləri təklif edirik.
Hər bir məhsulumuz beynəlxalq təhlükəsizlik və keyfiyyət
standartlarına uyğun hazırlanır. Bizim üçün müştərilərimizin
rahatlığı və təhlükəsizliyi birinci yerdədir.
Bizim peşəkar komandamız, müştərilərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli həllər təqdim edir. Sizi fərqli yanaşma, güvən və mükəmməl nəticələr gözləyir.
Müasir mühəndislik standartlarına uyğun, yüksək dəqiqlik və tam təhlükəsizliklə liftlərin quraşdırılmasını təmin edirik. Hər bir bina üçün optimal texniki həllər təqdim edirik.
Mövcud liftlərinizi ən son texnologiyalarla yeniləyərək, onların performansını, təhlükəsizliyini və enerji səmərəliliyini artırırıq.
Ticarət mərkəzləri, hava limanları və digər obyektlər üçün yüksək performanslı eskalatorların quraşdırılması və texniki xidməti ilə hərəkəti daha rahat və təhlükəsiz edirik.
Lift və eskalator sistemlərinizin daim etibarlı və təhlükəsiz işləməsini təmin etmək üçün peşəkar və müntəzəm texniki xidmət göstəririk. Problemləri öncədən aşkarlayıb vaxtında həll edirik.
Məmnun müştərilər
İllik təcrübə
Yaradıcı & Həyacanlı üzvlər
Uğurla Tamamlanmış Layihələr