Dünyaca məşhur texnologiya nəhəngi Midea Group və onun tərkibində fəaliyyət göstərən Midea Building Technologies, o cümlədən Midea | LINVOL ağıllı liftlərinin xarici satış üzrə baş meneceri David Wang Azərbaycana işgüzar səfər edib.

Səfər çərçivəsində David Wang, Midea | LINVOL liftlərinin Azərbaycandakı rəsmi distribyutoru olan General Elevator şirkətinin Baş Direktoru Əli İsmayılzadə ilə görüşüb. Görüşdə iki şirkət arasında əməkdaşlıq perspektivləri, mövcud layihələr və qarşılıqlı strateji planlar müzakirə olunub.

Layihə Ziyarətləri və Texnoloji İcmal

David Wang səfəri zamanı Azərbaycanda Midea | LINVOL liftlərinin uğurla quraşdırıldığı bir sıra mühüm layihələri ziyarət edib. Şəhərin fərqli nöqtələrində yerləşən müasir yaşayış və biznes komplekslərinə baxış keçirən baş menecerə, ağıllı lift texnologiyalarının tətbiqi, sistemlərin real iş rejimində fəaliyyəti və istifadəçi təcrübəsi barədə ətraflı məlumat verilib.

General Elevator şirkətinin texniki komandası tərəfindən David Wang-a gələcək planlar, yeni layihələr və bazarın potensialı haqqında təqdimat olunub. Görüşlər çərçivəsində Azərbaycanın inkişaf edən şəhər infrastrukturu və texnologiyaya olan yüksək marağı xüsusi vurğulanıb.


456995D3-3813-49AB-B3C1-733E536FF27D_1_105_c.jpeg 263.4 KB


Strateji Əməkdaşlıq Güclənir

Bu səfər, Midea Group-un Azərbaycan bazarına verdiyi önəmin və uzunmüddətli tərəfdaşlıq strategiyasının bir göstəricisidir. General Elevator və Midea | LINVOL markaları arasında qurulan sıx əməkdaşlıq nəticəsində, ölkəmizdə dünya səviyyəli ağıllı lift sistemləri geniş şəkildə tətbiq olunur.

David Wang, General Elevator ilə birgə işlərin yüksək səviyyədə qurulduğunu və Azərbaycanın regional texnoloji mərkəzə çevrilmək potensialını da qeyd edib.

07 Noyabr 2024



92AD5F36-2C8C-48F1-8536-A686E0AC70EA_1_105_c.jpeg 280.27 KB