General Elevator şirkəti Azərbaycanla yanaşı, artıq qardaş Türkiyə Cümhuriyyətində də dünyaca məşhur Midea | LINVOLmarkasının rəsmi distribyutoru statusunu qazanıb. Bu strateji addım sayəsində yeni nəsil ağıllı lift texnologiyaları Türkiyə bazarında da təqdim olunur. Midea | LINVOL liftləri müasir dizaynı, yüksək təhlükəsizlik səviyyəsi və süni intellekt əsaslı idarəetmə sistemi ilə seçilir. General Elevator şirkətinin beynəlxalq təcrübəsi və texniki komandası bu texnologiyaların həm Azərbaycanda, həm də Türkiyədə peşəkar şəkildə tətbiqini təmin edir. Artıq İstanbul, Ankara, İzmir və digər iri şəhərlərdə Midea | LINVOL liftlərinin quraşdırılması planlaşdırılır və bir sıra pilot layihələrə start verilib. 

01 Aprel 2025